AZ   |   RU
İran Ermənistanın Fələstin Dövlətini tanımasını alqışlayır

 

İran Ermənistanın Fələstin dövlətini tanımasını və Fələstin xalqına yardım göstərməsini alqışlayır. 


Missiya.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.


O, Fələstini və xalqını dəstəkləyən ölkələrin həqiqətin tərəfində olduğunu vurğulayıb.


Qeyd edək ki, iyunun 21-də Ermənistan Xarici İşlər Nazirliyi Fələstin dövlətçiliyinin tanınması ilə bağlı bəyanat yayıb. 


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 28-06-2024, 13:02