AZ   |   RU
Avropa İttifaqı Gürcüstana xəbərdarlıq etdi – “Qapılarımız bağlanacaq”

 

“Avropa İttifaqının qapıları Gürcüstana açıqdır, lakin Gürcüstan hökuməti “eyni yolda” davam edərsə, bu qapı bağlanacaq”. 


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib. 


“Biz Gürcüstandakı vəziyyəti müzakirə edəcəyik. Bir şey aydındır: Aİ-nin qapısı Gürcüstan üçün açıqdır, amma hökumət eyni yolda davam etsə, eyni hərəkətləri davam etdirsə, bu qapı bağlanacaq və gürcü xalqı bunun əvəzini ödəyəcək, çünki Avropa perspektivi azalacaq, yaxud bəlkə də tamamilə ləğv ediləcək. Biz ciddi problemdən danışırıq. Belə davam edərsə, Aİ-nin qapıları açılmayacaq”, - Borrell vurğulayıb. 


Qeyd edək ki, Avropa İttifaqının Gürcüstana münasibəti xüsusən xarici agentlər haqqında qanun – (Xarici təsirin şəffaflığı haqqında”) qüvvəyə minəndən sonra soyumağa başlayıb.Gürcüstanda bu qanuna qarşı Avropa institutlarının dəstəyi ilə genişmiqyaslı etiraz aksiyaları da keçirilmişdi. Buna baxmayaraq rəsmi Tiflis qanunun qəbul olunmasına müvəffəq ola bildi. 


Xatırladaq ki, Gürcüstanda xarici agentlər haqqında qanun - “Xarici təsirin şəffaflığı haqqında” 2024-cü il iyunun 4-də qüvvəyə minib. 60 gündən sonra (4-5 sentyabr) xaricdən maliyyə vəsaiti alan bütün təşkilatlar xüsusi portalda qeydiyyatdan keçməli olacaqlar. 


Elcan 

Missiya.Az



  • 24-06-2024, 14:34