AZ   |   RU
Ermənistanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb- Lavrov
 
İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) öz üzvlərinə Ermənistanın çıxmasının mümkün nəticələrini müzakirə etmək üçün heç bir rəsmi sənəd göndərməyib. 

Missiya.Az xəbər verir ki, bunu Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almatıda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair brifinqdə deyib.


Onun sözlərinə görə, assosiasiyaya üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb, çünki müvafiq sorğu daxil olmayıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 21-06-2024, 12:49