AZ   |   RU
Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 26-ya çatıb- YENİLƏNİB

 

Mahaçqala və Dərbənddə törədilən terror aktları nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 51 nəfər yaralanıb. 


Missiya.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Dağıstanda ikiqat terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının sayı 16-ya çatıb. 


24 yaşlı yol polisi alayının inspektoru serjant Həbib Əliyev aldığı yaralardan dünyasını dəyişib. 


Qeyd edək ki, bazar günü Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, iki sinaqoqa və yol polisi postuna hücum edib, terror aktları ilə bağlı cinayət işi açılıb. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 25-06-2024, 12:53