AZ   |   RU
ABŞ-nin Müstəqillik Günü Ankarada qeyd olunub

 

ABŞ-nin müstəqilliyinin 248-ci ildönümü münasibətilə Ankarada ziyafət təşkil edilib. 


Missiya.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.


Vaşinqtonun Ankaradakı səfirliyində keçirilən qəbulda ABŞ-nin Ankaradakı səfiri Ceff Flake, xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci, Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar, xarici nümayəndəliklərin nümayəndələri, qonaqlar iştirak edib. 


Bayraq mərasimi ilə başlayan tədbir ABŞ və Türkiyənin dövlət himnlərinin oxunması ilə davam edib. 


Nazir müavini Ekinci çıxışında burada olmaqdan məmnun olduğunu bildirib və iki ölkə arasındakı əlaqələrə toxunub. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 27-06-2024, 10:38