AZ   |   RU
Putin bəyan edib ki, onun Ukraynaya atəşkəs təklifi münaqişəni dayandıra bilər

 

Rusiya prezidenti Vladimir Putin bildirib ki, onun Ukraynaya atəşkəs təklifi münaqişəni dayandıra bilər, lakin Qərb bu təklifə rasional yanaşmayıb. 


Missiya.Az xəbər verir ki, bu barədə Kreml Sarayı məlumat yayıb.


Putin paytaxt Moskvada başlayan 10-cu Primakov oxunuşları Beynəlxalq Forumunun iştirakçılarına mesaj göndərib.


Forumun son illərdə mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Putin bu forumda qlobal iqtisadiyyat və siyasətlə bağlı aktual məsələlərin müzakirə edildiyinə diqqət çəkib. 


Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın formalaşdırdığı BRİKS-in əhəmiyyətinə toxunan Putin, bu strukturun dünyanın bir çox ölkəsinin maraqlarını təmsil etdiyini bildirib. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 25-06-2024, 13:03