AZ   |   RU
Azərbaycan Ermənistana hər il nə qədər pul ödəyir?

 

2024-cü il yanvarın 1-dən mayın 31-dək olan dövr ərzində Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilən uçuşlar üçün “Armaeronaviqasiya” şirkətinə 49 459 avro ödəyib. 


Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin Ermənistan xəbərləri – NEWS.am-ın yazılı sorğusuna cavabında deyilir. Ödəniş müəyyən olunmuş qaydada “Avronəzarət” təşkilatının mərkəzi ofisi vasitəsilə həyata keçirilib. Qeyd edək ki, “Armaeronavigatsiya” QSC Ermənistanın hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir. “Eurocontrol” Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatıdır. Xatırladaq ki, 2023-cü ilin ilk altı ayı üçün ödəniş məbləği 40 min avrodan bir qədər az, 2023-cü il üçün isə təxminən 80 min avro olub. 


Elcan
Missiya.Az



  • 27-06-2024, 11:11