AZ   |   RU
"İllər ötür... O qızı, o körpəni axtarmağa başlayırsan"- Aybəniz Haşımova-FOTO

 

"İllər ötür... O qızı, o körpəni axtarmağa başlayırsan... O isə çox uzaqlarda, səndən uzaq bir sahildə səni gözləyir. Gözləyir ki, tutub onun əlindən ucu-bucağı görünməyənlərə doğru, yeni arzulara doğru gedəsən. Sən isə üzü biri var idi, biri yoxlara tərəf gedirsən".


Missiya.Az xəbər verir ki, bu sözləri  görkəmli sənətkar Aybəniz Haşımova sosial şəbəkə hesabında yazıb.


"Nə qəribə həyatdır, elə deyilmi? Onsuz..., səninlə yaşlanan gənclik... Hara gedirsən ay karvan köçü? Heç olmuya yerini de barı. Sənin üçün bərk darıxanda gəlib üzünü görüm, səsini eşidim, tellərinə yağan ag örpəyi doğrayıb yollarına səpim. Sən getdin, mən də arxanca baxa-baxa qaldım. Sən getdin, həsrətdən alışdım-yandım. Sən getdin, sənə heç çata bilmədim, əlivida belə deyə bilmədim. Sən getdin, boylandın xatirələrdən, baxırsan şəkillərindən. Mən isə "bir vaxtlar o qız mən idim" dedim. Qoruyub ovcumda tuta bilmədim, indi hey qaçıram onun ardınca, heyif ki çox gecdir, çata bilmirəm",-deyə sənətçi qeyd edib.


Leyla SƏMƏNDR
Missiya.Az





  • 27-06-2024, 10:46