AZ   |   RU
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Hörmət Baratovla vida mərasimi keçirilir


Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hörmət Beytulla oğlu Baratovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, şəhidin nəşi Xaçmaz rayonunun Nərəcan kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Hörmət Beytulla oğlu Baratov 1975-ci il sentyabrın 24-də Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Güllücə kəndində itkin düşüb.

H.Baratov Xaçmaz rayonunun Nərəcan kəndində dəfn olunacaq.




  • 27-06-2024, 11:38