AZ   |   RU
Məşhur Hollivud aktyoru vəfat edib


Məşhur Hollivud aktyoru Bill Kobbs 90 yaşında vəfat edib.

Missiya.Az
 xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyorun qardaşı sosial şəbəkələrdə məlumat yayıb.

"Təəssüf və kədər hissi ilə bildirmək istəyirik ki, Bill Kobbs həyatla vidalaşdı. O, Kaliforniyada yerləşən evində vəfat edib", - o bildirib.

B.Kobbs 1934-cü ildə anadan olub. Aktyor ancaq 40 yaşından sonra oynadığı rollarla şöhrət qazanıb. "Təcili yardım", "Klan Soprano", "Muzeydə gecə" aktyora dünya şöhrəti qazandırmış filmlərdir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 27-06-2024, 11:25