AZ   |   RU
Azərbaycandan idxalı artırmağı planlaşdırırıq - Belarus Prezidenti


Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycandan məhsul idxalını artırmaq niyyətində olduğunu açıqlayıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu o, Minskdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

“Bununla bağlı heç bir maneə yoxdur. Ticarət dövriyyəmiz ilə bağlı göstəricilər yaxşıdır. Amma bu, balanslı deyil. Azərbaycandan daha çox məhsul almalıyıq. Biz bunu tənzimləyəcəyik”, - A.Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Belarusun ortaq dəyərləri var.

Belarus dövlət başçısı qeyd edib ki, parlamentlərarası əlaqələr iki dövlətin liderləri arasındakı münasibətlərin səviyyəsindən heç də geri qalmır.




  • 11-06-2024, 12:57