AZ   |   RU
Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var

Lənkəranda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.


Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-Astara magistralının 152-ci kilometrliyində, Lənkəran rayonu ərazisində baş verib.


Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.


Hazırda hadisənin təfərrüatları, ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.


Faktla bağlı araşdırma aparılır.



  • 9-06-2024, 14:21