AZ   |   RU
“Sosial sığınacağın inkişafına dəstək” layihəsinin icrasına başlanılıb - FOTOLAR


“Azərbaycan Uşaqları” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Sosial sığınacağın inkişafına dəstək” layihəsinin icrasına başlayıb.



Bu barədə Missiya.Az-a AUİB-nin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib. 


Onun sözlərinə görə cəmiyyətimizin ən müdafiəsiz üzvlərinə - uşaqlara və yeniyetmələrə qarşı etinasızlıq fəlakətli təsirə malikdir və bir sıra sosial problemlərə gətirib çıxara bilər:


"Lakin, onların bir çoxu səbəblərə və risk faktorlarına ünvanlanan proqramlar vasitəsilə proqnozlaşdırıla və qarşısı alına bilər. “Sosial sığınacağın inkişafına dəstək” layihəsinin məqsədi sosial təhlükəli vəziyyətdə olan, zorakılığa məruz qalan (əsasən cinsi zorakılıq qurbanları olan uşaq və yeniyetmələr), ailədaxili münaqişə səbəbindən müəyyən yaşayış yeri olmayan, valideyn himayəsindən məhrum, zorakılıqdan zərər çəkmiş uşaqları (18 yaşınadək, yoluxucu və psixi xəstəlikləri olan uşaqlar istisna olunmaqla) təhlükəsiz, stabil və qayğı vəd edən mühit ilə əvəzləməyə imkan verəcək sosial sığınacağa yerləşdirilməsi və onların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir". 


Mətbuat katibi vurğulayıb ki, xidmətlər siyahısına uşaqlara fərdi reabilitasiya proqramlarının, psixoloji dəstəyin, yaşlarına uyğun peşə bacarıqlarının inkişaf etdirilməsi, təhsildən kənarda qalan zorakılıq qurbanları olan uşaq və yeniyetmələrin ibtidai təhsilin verilməsi, fərdi təhsilə cəlb edilməsi, sosial, hüquqi, tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli təsirlərdən mühafizə etmək, asudə vaxtlarının səmərəli təşkil olunması kimi xidmətlərin verilməsi daxildir:


“Sosial sığınacağın inkişafına dəstək” layihəsinə cəlb olunacaq zorakılıqdan zərər çəkmiş (0-18 yaş arası uşaqlar üçün ümumilikdə 7 ay ərzində yeni 50 uşaq üçün, davamlı isə hal-hazırda da reabilitasiya keçən ) uşaqlara reabilitasiya keçərək “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində xidmətlər göstəriləcək. Layihə iyun ayından başlayıb və 7 ay müddətində icra ediləcək".




  • 4-06-2024, 22:00