AZ   |   RU
İordaniya Kralı Azərbaycan Prezidentini təbrik edib


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə


Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.

Hörmətlə,

II Abdullah ibn Al Hüseyn

İordaniyanın Kralı




  • 27-05-2024, 19:31