AZ   |   RU
20 may- Xristofor Kolumbun anım günüdür


1506-cı ilin bu günü Amerika qitəsinə çatan ilk avropalı kaşif, səyyah və müstəmləkəçi Xristofor Kolumbun öldüyü tarixdir.

Missiya.Az xəbər verir ki, Xristofor Kolumb 1451-ci ilin oktyabrın 27-də İtaliyanın Genuya şəhərində doğulub.

O, ilk dəniz səyahətinə 1472-ci ildə doğma şəhərindən başlayıb. 1476-cı ildə Portuqaliyaya gedən Kolumb ilk dəfə buradan uzaq dəniz səyahətinə çıxıb. İngiltərəyə, Atlantik okeanındakı Madeyra adasına, Qvineya körfəzinə üzüb. Bir müddət Madeyra adasında yaşayıb Kolumb öz xidmətlərini Portuqaliya kralına təklif edir.  Kolumb 1492-ci il avqustun 3-də İspaniyanın Palos limanından uzaq səfərə çıxıb. Onun komandası 90 nəfərdən və 3 gəmidən: "Santa Mariya", "Pinta" və "Santa-Klara" gəmilərindən ibarət idi. 1492-ci ilin oktyabrının 12-də gecə yarısı Matros Rodrigo "quru" deyə qışqırmağa başlayıb. Bu zaman Kolumb çox sevinib. O, güman edirdi ki, Hindistana dəniz yolunu artıq tapıb. Amma onların gördükləri quru sahəsi Baham adalarından biri olan Sansalvador idi.

Avropalı səyyah qiymətli daş-qaş axtarışı məqsədilə cənuba doğru üzüb və oktyabrın 29-da Kuba adasını kəşf edib. O, burada heç bir şey tapa bilmədiyi üçün yenidən üzüb və dekabrın 6-da Haiti adasını tapıb. Bu zaman "Santa Mariya" gəmisi qəzaya uğrayırb O, burada 43 nəfər könüllü qoyub 1493-cü ildə İspaniyaya qayıtmaq qərarına gəlib. Kaşif buranı Hindistan kimi tanıyıb, ancaq onun səfərində iştirak edən Ameriqo Vespuççi buranın yeni torpaq olduğunu anlayıb və X. Kolumbu inandıra bilib. Ancaq əslində 10-cu əsrdə skandivayalılar burada olub. Leyf Erikson materikin şimal-şərqinə dəfələrlə səyahət edib. Səyyah bundan sonra "Baş Okean Admiralı" rütbəsinə yüksəlib.

Xristofor Kolumbun ikinci ekspedisiya 1493–1496 – cı, üçüncü ekspedisiyası, 1498–1500-cü illərdə olub.

O 1506-cı ilin 20 mayında İspaniyanın Valyadolid şəhərində vəfat edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 20-05-2024, 09:41