AZ   |   RU
İbrahim Tatlısəs Bakıya gəlir


Türkiyəli məşhur və sevilən müğənni İbrahim Tatlısəs sabah Azərbaycana gələcək.

Missiya.Az 
xəbər verir ki, Tatlıses Bakı restoranlarının birində sevənlərinin qarşısına çıxacaq. İfaçı maraqlı konsert proqramı ilə çıxış edəcək, ən populyar mahnılarını oxuyacaq.

Xatırladaq ki, "Ayağında Kundura" türküsü ilə məşhurlaşan Tatlısəs günümüzə qədər qırxdan çox albom çıxarıb, bir çox filmlərdə rol alıb, 19 ildən çox davam edən "İbo Show" televiziya proqramında çalışıb. O sonuncu dəfə ötən il ölkəmizə konsert verməyə gəlib.

Zərintac Mayisqızı
Missiya.Az





  • 10-05-2024, 16:59