AZ   |   RU
Zakir Həsənov: "Azərbaycan, Türkiyə və Pakistanın birgə təlimləri gələcəkdə də davam edəcək"

"Üç qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdilər".

Missiya.Az xəbər verri ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 20-də keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.

“Təlim göstərdi ki, müasir texnologiyalardan, yeni döyüş taktikasından istifadə edən xüsusi təyinatlılarımızın bacarığı daha da artıb və peşəkarlıq səviyyəsi xeyli yüksəlib. Təlimlər qoşunlarımızın imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük töhfə verdi. Bu təlim Silahlı Qüvvələrimizin qarşısında duran istənilən vəzifəni birgə icra etməyə hazır və qadir olduğunu bir daha nümayiş etdirdi”, - Z.Həsənov bildirib.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı göstərilən mənəvi dəstəyə görə Türkiyə Respublikasına və Pakistan İslam Respublikasına minnətdarlığını bildirən müdafiə naziri gələcəkdə də bu cür təlimlərin keçiriləcəyini qeyd edib.


  • 20-09-2021, 16:18