AZ   |   RU

Ermənistanda ehtiyatda olan hərbçi təlimdə ölüb


Ermənistanda döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi, çavuş, 1978-ci ildə anadan olan Mkrtiç Ovakimyan ölüb.

Missiya.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Ermənistanın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədilə avqustun 25-dən etibarən Ermənistanda üç aylıq hərbi təlim keçirilir. Ehtiyatda olan hərbçilər sentyabrın 10-dan təlimləri döyüş mövqelərində davam etdiriblər.

Baxış sayı: 44
  • 14-09-2021, 11:09