AZ   |   RU
Bakıda qadın küçədə qətlə yetirilib, keçmiş həyat yoldaşı saxlanılıb


Bakı şəhərinin Nərimanov rayonunda fevralın 13-də Sevinc Rəfail qızı İbrahimova keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə saat 17:30 radələrində baş verib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Quliyev Rövşən Eldar oğlu saxlanılıb.



  • 13-02-2024, 18:09