AZ   |   RU
İordaniya ABŞ-nin İraqa zərbələrində iştirak etməsi ilə bağlı xəbərləri təkzib edib


İordaniya Hərbi Hava Qüvvələri ötən gecə ABŞ ordusunun İraqda həyata keçirdiyi hücumlarında iştirak etməyib.


Missiya.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığının nümayəndəsi deyib.

"İordaniya aviasiyasının ABŞ Hərbi Hava Qüvvələrinin İraqdakı əməliyyatında iştirakı ilə bağlı xəbərlər həqiqətə uyğun deyil", - deyə o qeyd edib.


Nümayəndə əlavə edib ki, İordaniya ordusu “İraqın suverenliyinə hörmət edir” və “qardaşlıq münasibətləri krallığı bütün ərəb ölkələri ilə birləşdirir”.



  • 3-02-2024, 23:43