AZ   |   RU
ABŞ-nin keçən il silah satışı 238 milyard dollara çatıb

 

ABŞ-nin silah satışı keçən il əhəmiyyətli dərəcədə artaraq 238 milyard dollara çatıb.


Missiya.Az xəbər verir ki, bu barədə  “BBC” məlumat yayıb. 


ABŞ hökumətinin keçən il 2022-ci ilə nisbətən 56 faiz artımla 81 milyard dollarlıq satış üçün birbaşa danışıqlar apardığı bildirilib.


Qeyd edək ki, 2022-ci maliyyə ilində ABŞ hərbi avadanlıqlarının satışı 48,8% artaraq 205,6 milyard dollara çatıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 30-01-2024, 12:54