AZ   |   RU
"Vasmoy" bazarında ölüm

Bakıda satıcı iş zamanı qəfil ölüb.


Missiya.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən "8-ci kilometr" (Vasmoy) bazarında qeydə alınıb. 60 yaşlı Əliyev Rəfael Saleh oğlu qəflətən halı pisləşərək yıxılıb.

Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər. Kişinin ürəktutmadan öldüyü bildirilir.

Araşdırma aparılır.



  • 21-12-2023, 17:49