AZ   |   RU   |   Köhnə versiya

DİM-dən bəzi test tapşırıqlarının sosial şəbəkələrdə müzakirə olunmasına reaksiya

 
Dövlət İmtahan Mərkəzi ali tәhsil müәssisәlәrinin vә Azәrbaycan Milli Elmlәr Akademiyasının magistraturalarına fevralın 28-də keçirilən qəbul imtahanında bakalavrlara təqdim olunan bəzi test tapşırıqlarının sosial şəbəkələrdə müzakirələrə səbəb olmasına münasibət bildirib.

Missiya.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin ekspertlərinin həmin tapşırıqları yenidən araşdırdığı və onlarda heç bir elmi-metodik qüsur aşkar edilmədiyi qeyd olunub.

Bildirilib ki, ağacın yarpaqları ilə bağlı test tapşırığının məzumunu isə sosial şəbəkələrdə təhrif edilmiş formada təqdim edilib: "Məntiqi təfəkkürün yoxlanılması ilə bağlı test tapşırıqları ilə bakalavrların praktiki riyazi təfəkkürünün inkişaf səviyyəsi, ədədlər arasındakı qanunauyğunluğu aşkaretmə qabiliyyətləri, sözlə ifadə olunmuş məlumatı təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hissetmə və digər bacarıqları yoxlanılır. Dünya praktikasında olduğu kimi, DİM-in istifadə etdiyi test tapşırıqları da cəmiyyət həyatının müxtəlif sahələri, təbiət hadisələri, canlı aləm, insan və onu əhatə edən ətraf mühit və digər mövzular əsasında qurula bilər və burada qeyri-adi heç bir şey yoxdur".

Məlum olduğu kimi, məntiqi təfəkkürü yoxlayan testlərdən maksimal olaraq 50 bal toplamaq mümkündür. Bu imtahanda 4 nəfər məntiq üzrə təqdim olunan bütün suallara düzgün cavab verib. İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstəricisi 26.96-ya bərabər olub). Bakalavrların nəticələrinin qənaətbəxş olduğunu söyləyə bilərik. Sosial şəbəkələrdə daha çox müzakirə olunan ağacın yarpaqları ilə bağlı olan sualı və onun həll yollarını təqdim edilib.

Qeyd edək ki, imtahanda namizədlərə aşağıdakı mətn əsasında 3 ayrı test tapşırığı verilib. Hər bir test tapşırığının düzgün cavabı 1 balla qiymətləndirilir. Yəni bakalavrlar bir mətn əsasında tərtib olunmuş 3 sualdan 3 bal toplamaq imkanına malikdirlər. Bu tapşırıq bir riyazi məntiq məsələsidir və burada yarpağın natural ədədlərlə verilmiş sayına fikir verib onu həll etmək lazımdır, nəinki tapşırığı yersiz tənqid etmək.


Baxış sayı: 91
  • 3-03-2021, 17:57