AZ   |   RU
“Qanuni oğru”nun 720 mənzili dövlətə verilib

“Qanuni oğru” Kamçı Asanbek Kolbayevin 720 mənzili ailəsi tərəfindən könüllü olaraq dövlətə keçib.


Missiya.Az  “Sputnik”in Qırğızıstan bürosuna istinadən xəbər verir ki, həmin evlər ipoteka yolu ilə vətəndaşlara satılacaq.


Bundan başqa, “qanuni oğru”nun 38 daşınmaz əmlakı və 356 avtomobili də hərraca çıxarılıb.


Qeyd edək ki, oktyabrın əvvəlində kriminal avtoritet Kamçı Asanbek Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüb.


Əmir Əhmədov
Missiya.Az



  • 22-11-2023, 15:54