Qeyd edilib ki, “ifadə azadlığı adı altında müqəddəs kitabımız Qurani-Kərimə qarşı təhqiramiz hərəkətlərə icazə verənlər Fələstində dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinə etiraz etmək istəyənlərin də qarşısını alırlar. Bu, qəbuledilməz ikili standartdır”.
H.Fidan, həmçinin Aİ-nin genişlənməsi məsələsinə də toxunaraq, “Aİ qlobal oyunçu olmaq istəyirsə, genişlənməni geostrateji məsələ kimi qəbul etməlidir” deyə vurğulayıb.