AZ   |   RU
Mikayıl Cabbarov: “Biznes, pandemiyadan sonrakı bərpa dövrünə daxil olur”
 
İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün rəsmi Facebook səhifəsində ölkədə biznesin pandemiyadan sonrakı bərpa dövrünə qədəm qoyması barədə paylaşım edib.

Missiya.Az xəbər verir ki, nazir ilin iki ayının yekunlarının ürəkaçan olduğunu yazıb.

 Belə ki, ilkin məlumatlara əsasən vergi daxilolmaları proqnozlara nisbətən 118,7 faiz icra olunub. Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 mln manat təşkil edib.


  • 3-03-2021, 11:48