AZ   |   RU   |   Köhnə versiya

Qarabağ ermənisinin pasportunda doğum yeri "Azərbaycan" yazıldı: "Soruşdum, dedilər əmr belədir"


Qarabağın ermənilər yaşayan ərazilərində anadan olan şəxslərdən birinin yeni aldığı pasportuna “Doğulduğu yer: Azərbaycandır” yazılması geniş müzakirələrə səbəb olub. 

Missiya.Az
xəbər verir ki, bu barədə İrəvan Ağsaqqallar Şurasınəın keçmiş üzvü Arsen Karapetyan “Facebook” hesabında yazıb. 

Karapetyan yazır: “Dostum Ermənistan qayıtdı və uzun müddət keçdikdən sonra pasport almağa nail oldu. Pasportu aldığı üçün sevindi. Amma sona qədər yox. O, Martakerdə (Ağdərə) anadan olub. Pasportda doğulduğu yer “Azərbaycan” yazılıb”,- sitatın sonu.

Arsen Karapetyan bildirib ki, dostu “Azərbaycan” yazısına görə etiraz edib.

Sitat: “Dostum mübahisə edib, əsəbləşib. Deyiblər ki, xoşuna gəlməməklə deyil, əmr budur. İndi sual olunur ki, yazdıqları bu söz nə deməkdir? “Azərbaycan SSRİ” yazılsaydı, yenə başa düşmək olardı. Amma sadəcə “Azərbaycan” yazılıb. Dostum deyir ki, xəyallarımda olan pasportu aldım, məlum oldu ki, mən azərbaycanlıyam. Bu nə deməkdir? Bu sərəncamın nə vaxt təsdiqləndiyini  bilmirəm”, - sitatın sonu.  



Karapetyan, şəkilin fotoşopla düzəldilmədiyinə əmin olduğunu bildirib. 

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın işğal altında olan əraziləri azad edilib. Həmin ərazilərdə yaşayan ermənilərin Azərbaycan dövlətinin qanunları altında yaşaması tələb olunur. Artıq bu məsələnin həlli istiqamətində işlərə start verilib. Yaxın gələcəkdə, Qarabağda yaşayan bütün ermənilər Azərbaycan pasportundan istifadə edəcək. 


Elvin
Missiya.Az


Baxış sayı: 221
  • 3-03-2021, 10:09