AZ   |   RU
USAİD-in çirkin planları - Türk dünyasına nifrət edən təşkilatın qara əməlləri ifşa olunur

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD-in)  adı keçdiyi bütün ölkələrdə ictimai-siyasi proseslərə açıq müdaxilə müşahidə olunur. 


Qeyd edək ki, USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumu kimi fəaliyyətə başlayıb və indi başqa-başqa ölkələrdə çevrilişlər təşkil etməyə çalışır. Bu qurumun Türk dünyasına nifrəti barədə dəfələrlə paylaşımlar olub. Son zamanlarda da Gürcüstan qalmaqalında USAİD adı tez-tez hallanır. Belə ki, bu qurum öz şəbəkəsini quraraq  Gürcüstanda təxribatlar törətməyə çalışır. Belə deyək ki, bir zamanlar Azərbaycanın başına gətirilən çirkin oyunlarını indi Gürcüstan dövləti üzərində qurur. USAID Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə çirkin taktikalara əl atılsa da, Azərbaycan güclü dövlət olaraq, öz iradəsini göstərib, heç bir çevrilişin reallaşmasına imkan verməyib. 


Haqqında danışdığımız qurum hətta Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə maneələr də yaratmağa çalışırdı. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndirilməsi, sentyabr ayında  antiterror tədbirlərində güclü ordunun qələbə qazanması , görünür, USAİD-in də ürəyincə olmadı. Belə ki, bu əməliyyatdan sonra erməniəsilli sakinlərin könüllü olaraq Ermənistana köçməsi zamanı USAID dərhal özünü göstərərək, qurumun rəhbəri Samanta Pauernin Ermənistana səfəri təşkil olundu. O, səfər zamanı isə “qaçqınlar”a 2.5 milyon dollar yardım göstəriləcəyini bəyan etdi. Elə bu qurumun o vaxtlardan ermənilərin tərəfində durduğu bəlli idi. Çünki, saxta erməni soyqırımı haqqında yayımlanan filmdə türkləri məhz  “faşist” adlandıranlar bunlar idi. 


Müşahidələr göstərir ki, USAİD güclü ordu formalaşdırmış, xalq birliyi nümayiş etdirən, mötəbər tədbirlərdə özünü tanıdan, ev sahibliyi edən Azərbaycana qarşı qərəzli mövqe tutmaqda davam edir. Bu gün Azərbaycan güclü dövlət olaraq, qarşısına qoyduğu məqsədlərə doğru irəliləyir,inkişaf edir,öz haqq səsini bütün dünyaya çatdırır. ABŞ isə büdcəsindən USAİD-in məkrli layihələrinə pul ayırmaqda davam edir. Lakin, artıq insanlar bu qurumun əslində hansı məqsədlər güddüyünü anlayıblar. Necə deyərlər, maskalar artıq cırılıb. Odur ki, USAİD-in əvvəlki illərdə olduğu kimi “uğurlu” layihələr həyata keçirməsi mümkün deyil.


Nurlana Əhmədova
Missiya.Az



  • 4-10-2023, 15:17