AZ   |   RU
“SOCAR Türkiyə” vahid rəqəmsal mərkəzdən idarəetməni genişləndirir

“IBM Cloud Pak for Business Automation” “SOCAR Türkiyə”nin hibrid bulud mühitində süni zəkanın gücü ilə məlumatlara əlçatanlığı tələb edən proseslərin daha yaxşı idarə edilməsinə və avtomatlaşdırılmasına imkan yaradacaq.

“SOCAR Türkiyə” əməliyyatların icrasında IBM hibrid bulud texnologiyalarından istifadə etməklə birgə fəaliyyət göstərəcəklərini açıqlayıb.

Məlumatda bildirilir ki, “SOCAR Türkiyə” “IBM Cloud Pak for Business Automation”dan istifadə etməklə daxili iş prosesində sürətli və sadələşdirilmiş həll yolları ilə rəqəmsal şirkət yaratmaq və nəticədə şirkətdaxili əməliyyatları daha çevik təmin etmək məqsədi güdür.

Qeyd edilib ki, SOCAR dünyanın ən çox təcrübəyə malik neft və qaz şirkətlərindən biridir. Eləcə də, “SOCAR Türkiyə”nin 13 törəmə şirkətinin olması, onun geniş çeşidli əməliyyat portfeli məlumatlara əlçatanlığı təmin etməyi çətinləşdirir. Bu məqsədlə “SOCAR Türkiyə” ayrı-ayrı sistemləri vahid platformada birləşdirmək qərarına gəldi və bu görə də IBM hibrid bulud texnologiyasından istifadəyə keçid etdi.

“SOCAR Türkiyə”nin Rəqəmsal Transformasiya üzrə icraçı direktoru Hakan İrgit bildirib ki, IBM ilə əməkdaşlıq rəqəmsal arxivlərin idarə edilməsi və yaddaşın vahid bir mərkəzdə toplanılması üçün əhəmiyyətli bir addımdır. Onun sözlərinə görə, bu, çevik və etibarlı iş axınını təmin edəcək.
“IBM Cloud Pak for Business Automation” “SOCAR Türkiyə”nin İzmir və İstanbulda yerləşən iki məlumat mərkəzindən xidmət təmin etməyə kömək edəcək. Bu xidmətlər “SOCAR Türkiyə”nin törəmələri - Petkim, STAR NEZ, “SOCAR Storage”, SCR, “SOCAR Fiber”, “Bursagaz”, “Kayserigaz”, “Enervis”, Petkim Külək Enerjisi Stansiyası kimi öz sahəsində lider şirkətləri də əhatə edəcək.

“IBM Cloud Pak for Business Automation” süni intellekt texnologiyası ilə açıq, modul tipli, inteqrasiya olunmuş bir platforma təklif edir. Bu texnologiya “SOCAR Türkiyə”in strukturlaşdırılmış və ya əksinə bölgüsü aparılmamış sənədləri əhatələməyə, onların vahid mərkəzdən axtarışını həyata keçirməyə, bu sənədlərə daxil olmağa, onların müddətini müəyyən etməyə və idarə etməyə imkan yaradacaq.


  • 2-03-2021, 19:45