Türkiyə ilə Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında geniş tərkibdə görüş başa çatıb.
Missiya.Az “Report” istinadən xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, iki ölkənin liderləri ümumilikdə üç saat ünsiyyətdə olublar.
Bildirilib ki, görüş qeyri-rəsmi qısa salamlaşma ilə başlayıb. Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Soçiyə işgüzar səfərlə deyil, həm də məzuniyyəti keçirməyə dəvət edib. Bundan sonra prezidentlərin danışığı masa arxasında davam edib.
Görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Türkiyənin müdafiə naziri Yaşar Gülər, xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan da olub. Geniş tərkibdə danışıqlarda Rusiya tərəfdən baş nazirin müavini Aleksandr Novak, dövlət başçısının administrasiyası rəhbərinin müavini - Prezidentin mətbuat katibi Dmitri Peskov, Putinin köməkçiləri Maksim Oreşkin və Yuri Uşakov, kənd təsərrüfatı naziri Dmitri Patruşev, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və “Rosatom”un rəhbəri Aleksey Lixaçev iştirak ediblər.
Soçidə Rusiya-Türkiyə danışıqları ümumilikdə 3 saat davam edib. R.T.Ərdoğanla V.Putin arasında söhbət 90 dəqiqə, nümayəndə heyətinin iştirakı ilə keçirilən görüş isə bir saat yarım sürüb.