AZ   |   RU
Britaniyada 3 Bolqarıstan vətəndaşı casusluqda ittiham olunur


Böyük Britaniyada 3 Bolqarıstan vətəndaşı Rusiyanın xeyrinə casusluqda ittiham olunub.

Missiya.Az BBC-yə istinadən xəbər verir ki, onlar fevral ayında saxlanılıb və o vaxtdan həbsdədirlər.

Təqsirləndirilən şəxslər Orlin Russev, Bizer Cambazov və Katrin İvanovadır. Onların hamısı uzun illərdir ki, Böyük Britaniyada yaşayırlar.

Onlarla bağlı 9 müxtəlif ölkə üzrə saxta sənədlər tapılıb: Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Zərintac Mayisqızı
Missiya.Az




  • 15-08-2023, 16:50