AZ   |   RU   |   Köhnə versiya

Ermənistanda növbədənkənar parlament seçkiləri və referendum keçirilə bilər


Axşam saatlarında Yerevanda keçirilən mitinqdə öz tərəfdarları qarşısında çıxış edən Baş nazir Nikol Paşinyan bir sıra maraqlı bəyanatlar verib.

Missiya.Az
xəbər verir ki, o, Ermənistanda yarıprezident üsul idarəsinə keçidin mümkünlüyü barədə danışıb.

Bu məqsədlə Baş nazir ölkədə referendumun keçirilməsini də istisna etməyib. Həmçinin N.Paşinyan növbədənkənar parlament seçkiləri ehtimalına da toxunaraq, prosesə hazır olduğunu bildirib.

Xatırladaq ki, bu axşam Yerevanın mərkəzində Baş nazir tərəfdarlarının mitinqi baş tutub. Mitinq N.Paşinyanın başçılığı altında küçə yürüşü ilə yekunlaşıb.



Baxış sayı: 75
  • 1-03-2021, 22:04