AZ   |   RU
Sürücüdən rüşvət aldığı iddia edilən polis cəzalandırıldı

Rüşvət aldığı iddia edilən yol polisi əməkdaşı ilə bağlı araşdırma başa çatıb.

Missiya.Az xəbər verir ki, bu barədə  Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib.

O deyib ki, yol polisi əməkdaşı cəzalandırılıb: “Həmin əməkdaşın rüşvət alması ilə bağlı iddialar təsdiqlənməyib. Lakin o, xidməti vəzifəsini yerinə yetirən zaman sürücü ilə lüzumsuz danışıqlara və yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yol polisi əməkdaşının qaydaları pozan avtomobil sürücüsünü saxlayaraq ondan rüşvət aldığı iddia edilmişdi.


  • 1-07-2021, 16:44