AZ   |   RU
Aktyor Azər Baxşəliyevin doğum gününə mahnı həsr olundu - VİDEO


Bu gün mərhum aktyor Azər Baxşəliyevin doğum günüdür.

Missiya.Az 
xəbər verir ki, aktyor 3 iyul 1985-ci ildə dünyaya gəlib.

Onun sənət dostları xatirəsini yad etmək məqsədilə xüsusi və duyğusal layihəyə imza atıblar. Belə ki, musiqisi Tərlan Məmmədhüseynova, sözləri isə Rafoya məxsus olan "Sınıq pəncərə" adlı mahnı hazırlanaraq Azər Baxşəliyevin əziz xatirəsinə ithaf edilib.

Mahnını sevilən müğənnilər Elçin Cəfərov və Hiss səsləndirib. Təqdim olunan klipin süjet xətti izləyiciləri kövrəltməyi bacarıb. Klipdə tanınmış simalar- İlkin Həsəni və bloger həyat yoldaşı Aysel Həsəni, bəstəkar Tərlan Məmmədhüseynov və həyat yoldaşı Lalə Məmmədhüseynova, Fərid Dadaşov və xanımı, müğənnilər Elçin Cəfərov, Hiss, aktyor Elşən Orucov, eləcə də Azər Baxşəliyevin həyat yoldaşı Nigar Baxşəliyeva yer alıb. Ekran işinin rejissorluğunu isə Fərman Bəşirli həyata keçirib.

Qeyd edək ki, aktyor yanvarın 5-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Yaşasaydı 40 yaşı tamam olacaqdı. O "Bozbash Pictures"in "Ağsaqqal" və "Əzəmət" obrazları ilə tanınıb.




Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 11:37