AZ   |   RU
“Avropada bəzi qüvvələr Moskva-Bakı münasibətlərini korlamağa çalışırlar” - Qriqori Karasin


 

“Avropada bəzi qüvvələr Moskva ilə Bakı arasında münasibətləri korlamağa çalışırlar”

 

Missiya.Az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Lenta.ru ilə söhbətində deyib. 


“Avropada  bəzi qüvvələr son illərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə əldə edilən bütün yaxşılıqları torpeda etməyə çalışırlar. Yeri gəlmişkən, Ermənistanla da eyni şey baş verir", - Karasin bildirib.

 

Karasinin sözlərinə görə,  bu məsələ ilə bağlı təzyiqlər mütəşəkkildir və geniş cəbhədə aparılır.

 

“Biz sağlam yanaşmalara və bütün bu vəziyyəti konstruktiv şəkildə həll etmək üçün hər cür imkana malik olduğumuza arxalanmalıyıq. Nifrət yaratmağa  ehtiyac yoxdur. Çünki məhz bu, Qərbdə xalqlarımızı ziddiyyətə salmağa çalışan qüvvələrin istəyidir. Biz buna imkan verməməliyik”, - o əlavə edib.

 

Elcan

Missiya.Az




  • Bu gün, 12:57