AZ   |   RU
Tanınmış futbolçu faciəvi şəkildə öldü


İngiltərənin "Liverpul" klubunun portuqaliyalı hücumçusu Dioqo Jota faciəli şəkildə ölüb.


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı futbolçu İspaniyanın Zamora əyalətində yol qəzasından sonra dünyasını dəyişib. 


Bildirilib ki, D.Jota avtomobildə tək olmayıb. Onun qardaşı Andre Jota da avtomobildə olub. 


Qeyd edək ki, Dioqo Jota karyerası boyu həm Liverpul, həm də Portuqaliya millisində yüksək nəticələri və əvəzolunmaz oyunu ilə seçilən futbolçu idi. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 12:46