AZ   |   RU
Kreml Paşinyanı “İskəndər”lə bağlı dediyi sözlərə görə niyə cəzalandırmadı? – İLGİNC DETALLAR

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya istehsalı olan “İskəndər” raketləri barədə səsləndirdiyi fikirlər ətrafında müzakirələr davam edir. Erməni analitiklər Paşinyanın bu açıqlaması ilə Rusiya silah sənayesini gözdən salmaq istədiyini yazırlar. 
 
Missiya.Az
xəbər verir ki, Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, politoloq Stepan Qriqoryan “1in.am” saytına müsahibəsində baş nazirin “İskəndər”lərlə bağlı “döyüşlərdə atdıq, partlamadı” açıqlamasının rus silah sənayesinin şərəfinə toxunduğunu deyib.
 
Sitat: “Burada məsələlə Rusiya silah sənayesinin şərəfidir. Çünki Rusiya dünyanın ən böyük silah ixracatçılarından biridir. Rusiya hərbi sənayesi həqiqətən güclüdür. “İskəndər”lərin Ermənistanla yanaşı, Belarusa da verildiyi istisana edilmir. Məlum olur ki, bu silah keyfiyyətsizdir. Son iki gündə rus ekspertlər, Rusiya Dumasının deputatları, ehtiyyatda olan hərbçilər Nikol Paşinyanın açıqlamasını sərt şəkidə tənqid edirlər. Kreml isə baş nazir Nikol Paşinyana rəsmi şəkildə sərt cavab vermədi. Sadəcə dedi ki, Qarabağda “İskəndər”lərdən istifadə olunmayıb. Bu o deməkdir ki, Paşinyan səhv edib, silahlar yaxşı vəziyyətdədir və problem yoxdur. Əgər Kreml Nikol Paşinyanı tənqid etsəydi, onun üçün çox çətin olardı”, - sitatın sonu.
 


Politoloq Stepan Qriqoryan, Kremlin niyə Paşinyanı tənqid etmədiyinin, onun hakimiyyətini qorumağa çalışdığının səbəblərini açıqlayıb.
 
Sitat: “Kremlin indiki məqamda Paşinyanı dəyişməyin tərəfdarı olmadığı aydındır. Məncə bunun müxtəlif səbəbləri var. Nikol Paşinyanın 9 noyabrda imzaladığı bəyanatda həyata keçirilməli olan müddəalar var. Düzdür, Ermənistandakı heç bir qüvvə bəyanatın müddəalarının yerinə yetirilməyəcəyini demir. Buna baxmayaraq, hazırki məqamda Kreml Ermənistanı başqa insana təslim etmək istəmir. Bəli, biz bilirik ki, Kreml inqilabdan razı deyil, Nikol Paşinyanla bağlı qeydlər aparılır, lakin bu mərhələdə tədbir görülməyəcək. Kremlin “İskəndər”lərlə bağlı məsələdə Paşinyana sərt cavab verməməsinin səbəbi budur”, - sitatın sonu. 
 
Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın İkinci Qarabağ Müharibəsi zamanı Rusiya istehsalı “İskəndər” raketlərindən istifadə etdikləri və “İskəndər”lərin 10 faizinin partladığı barədə açıqlama verməsindən sonra Ermənistanda vəziyyət gərginləşib. Paşinyan onun fikirlərini lağa qoyan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifəsindən azad edib. Daha sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək istəyib. İki dəfə prezident Armen Sarkisyana Qasparyanla bağlı istefa ərizəsi göndərsə də, Ermənistan rəhbəri Paşinyanın mövqeyi ilə razılaşmayıb və ərizəni geri qaytarıb. Qasparyanın Rusiyayönümlü hərbçi olduğu bildirilir. 

Elvin 
Missiya.Az


  • 1-03-2021, 15:11