AZ   |   RU
Şəhid Hilal İmanzadənin mövludu münasibətilə tədbir keçirilib

Bu gün 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid olmuş hərbi qulluqçusu çavuş Hilal İmanzadənin mövludu münasibətilə ad günü tədbiri keçirilib.


Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid anaları, Daxili İşlər Nazirliyi Şəxsi Heyət İş idarəsinin şöbə rəisi, Şəhid Ailəliri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin baş idarədə aparat rəhbəri, Vətən mühafizə xidmətinin baş idarədə xüsusi şöbənin rəisi polkovnik Kamil Babayev, qazilər, qiraətçilər və başqaları iştirak edib.


Öncə tədbirdə şəhidlərin əziz xatirəsi yad edilib. Quran qiraətçisi şəhidlərin ruhuna dualar oxuyub.


Daha sonra əllərində Azərbaycan Türk bayraqları dalğalanan (Daxili Qoşun) əsgərlər Hilal İmanzadənin portretini "Azərbaycan" mahnısının sədaları altında səhnəyə gətiriblər.


Çıxış üçün söz şəhidin atası İmanov Sabir və anası Əzizova Rəfiqə xanıma və iştirakçılara verilib.


Çıxışçılar Hilal İmanzadənin döyüş yolundan bəhs edib, onun silahdaşlarına, qazilərə və gələn digər qonaqlara  təşəkkürlərini bildiriblər.


Tədbir vətənpərvər mahnıların ifası ilə davam etdirilib.


Leyla SƏMƏNDƏR

Missiya.Az




  • 23-06-2023, 18:04