AZ   |   RU
Mikayıl Cabbarov IFC-nin regional direktoru ilə əməkdaşlıq perspektivlərini müzakirə edib



Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Vibke Şlömer ilə onlayn görüş formatında müzakirələr aparıb.

Missiya.Az
xəbər verir ki, Bu barədə Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Görüşdə əməkdaşlığın inkişafı perspektivləri, özəl sektorun iqtisadiyyatda rolunun artırılması və dövlət-özəl tərəfdaşlığının təşviqi istiqamətində investisiya-məsləhət xidmətlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.


  • 22-06-2021, 19:19