AZ   |   RU
MN: "Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur, cavab tədbirləri görülür"



İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.



  • 17-06-2023, 12:31