AZ   |   RU
Rusiya tanklarının üçdə ikisi Ukraynada məhv edilib


Rusiya qüvvələri Ukraynada tanklarının üçdə ikisini itirib.

Missiya.Az xəbər verir ki, bu barədə müdafiə və döyüş bölgələrindəki inkişaflar haqqında hesabat verən “Oryx”in kəşfiyyat mənbələrinə əsaslanan hesabatında bildirilib.

Hesabatda yer alan məlumatda, ötən ilin fevralında Rusiya işğalı başlayandan bəri Moskva Ukraynaya 3 minə yaxın tank yerləşdirib.

Həmçinin, “Oryx”in kəşfiyyat hesabatına görə, Rusiya 15 aydan çox davam edən gərgin döyüşlərdə bu tanklardan 2000-dən çoxunu itirib.

Toplanan informasiyalar onu göstərir ki, tanklardan 1239-u tamamilə məhv, 106-sı qismən zədələnib, bəziləri rus əsgərləri tərəfindən tərk edilib, qalanları isə Ukrayna qüvvələri tərəfindən ələ keçirilib.

Zərintac Mayisqızı
Missiya.Az


  • 5-06-2023, 17:38