AZ   |   RU
ABŞ-dan Ukraynaya 300 milyon dollar yeni hərbi yardım


Ağ Ev Ukraynaya Hava Hücumundan Müdafiə (HHM) sistemləri, döyüş sursatı və digər müdafiə avadanlıqları daxil olmaqla əlavə 300 milyon dollarlıq hərbi yardım paketi elan edib.

Missiya.Az xəbər verir ki, sözügedən yardım paketinin ABŞ Müdafiə Nazirliyinin inventarından qarşılanacağı və bunun inventardan qarşılanan 39-cu yardım paketi olduğu açıqlanıb.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, yardım paketinə “Patriot” HHM sistemləri, “Stinger” HHM sistemləri, tank sursatları və digər avadanlıqlar daxil olacaq.

ABŞ Rusiyanın hücuma başlamasından bəri Ukraynaya təxminən 38 milyard dollarlıq yardım ayırıb.

Zərintac Mayisqızı
Missiya.Az


  • 2-06-2023, 16:18