AZ   |   RU
Quterreş Blinkenlə Ukraynadakı vəziyyəti müzakirə edəcək


BMT-nin Baş katibi Antoniu Quterreş aprelin 26-da Vaşinqtona səfəri zamanı ABŞ dövlət katibi Entoni Blinkenlə Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Düjarrikin qeyd etdiyi kimi, bu səfər əvvəlcədən planlaşdırılıb və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Nyu-Yorkda keçirilən danışıqlarla bağlı deyil.



  • 25-04-2023, 21:55