AZ   |   RU
Bayrağımızın yandırılması hansı həqiqətləri ortaya çıxardı? - ŞƏRH

Ötən gün Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çemiponatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması halı qeydə alındı. Bu isə Ermənistanın bir dövlət kimi hələ də beynəlxalq idman oyunlarına ev sahibliyi etməyə hazır olmadığını bir daha ortaya qoymuş oldu. Belə bir hadisənin yaşanması Ermənistan dövlətinin yarışın təhlükəsizliyini zəif təşkil etdiyini göstərdi.

Bir dövlətin ərazisində hansısa bir ölkənin bayrağının yandırılması həm etik normalara, həm də hüquqi prinsiplərə uyğun gəlmir. Bayrağımıza qarşı hörmətsizlik edən erməni vətəndaş həmdə öz dövlətinin Azərbayacana qarşı yürütdüyü nifrət siyasətinin görünən simasıdır. Və əslində bu hadisə bir daha göstərmiş oldu ki, Ermənistan Azərbaycan prezidenti İlham Əliyevin də dəstəklədiyi sülh şəraitində yaşamağa layiq deyil.

Ermənilər təkcə Azərbayacana qarşı deyil həm də qardaş Türkiyəyə qarşı nifrət bəsləyirlər. Mart ayında İrəvanda keçirilmiş  futbol üzrə Avropa çempionatının qrup mərhələsində erməni azarkeşlərinin stadionda açdığı pankart onların həm idman oyunlarına hörmətlə yanaşmadığını, həm də Türk millətinə qarşı nifrət bəslədiklərini göstərmiş oldu.

Ermənilərin Azərbayacana qarşı nifrət hissi bəsləməsinin digər göstəricisi kimi yolunu azaraq Ermənistan ərazisinə keşmiş əsgərimizə qarşı verilən işgəncələri də göstərmək olar. Həmin əsgərimizə verilən işgəncə həm də beynəlxalq hüquq prinsiplərinə ziddir. Çünki əsirlərə qarşı bu cür davranış cinayət hesab olunur.

Ötən gün yaşanan hadisə həm də dünya ictimaiyyəti və nüfuzlu media nümayəndələrinin gözü qarşısında baş verdi. Uzun illərdir Ermənistanın uydurma yalanlarına inanan dünya ictimaiyyəti əslində bu cür hadisədən dərs çıxatmalı və kimin haqlı olduğunu görməlidir. Bir neçə gün bundan öncə sərhəddə baş verən toqquşma zamanı da Ermənistan həmin təxribatda Azərbaycanı günahlandıraraq, bunun arxasında ölkəmizin dayandığını dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırmaq xülyasında idi.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda keçirilən I Avropa Oyunları zamanı 1-ci yeri qazanan erməni boksçunu şəxsən prezident İlham Əliyev özü təbrik edərək əlini sıxdı və medalı ona təqdim etdi. Bu əslində bizim ermənilərdən üstün olduğumuzu və beynəlxalq idman yarışlarında bütün dinlərə və milliyətlərə eyni prizmadan yanaşmamızın göstəricisi idi.

Daşqın Həsənov
Missiya.Az 



  • 15-04-2023, 18:49