AZ   |   RU
MN: Ermənistan təxribatı nəticəsində yaranmış gərginlik davam edir, qarşı tərəf xeyli sayda itki verib


Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.

Bu barədə Missiya.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.

İctimaiyyətə əlavə məlumat veriləcək.



  • 11-04-2023, 18:09