AZ   |   RU
Bakı Formula 1 Azərbaycan Qran-Prisinə tam hazırdır

Bakıda Formula 1 yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti yürüşə hazırlığı başa çatdırıb.

Missiya.Az xəbər verir ki, Əməliyyat Şirkətindən verilən məlumata görə, dünyanın ən güclü pilotlarının Azərbaycana qayıtmasına sadəcə bir gün qalıb. Bu həftə sonunda Bakıda keçiriləcək beşinci Formula 1 yarışından əvvəl bütün hazırlıqlar artıq başa çatıb.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula 1 üzrə yarış direktoru və təhlükəsizlik nümayəndəsi Maykl Masi iyunun 3-də Formula 1-dəki ən sürətli şəhər trekinin yarışa hazırlığını təsdiqləməzdən əvvəl Bakı şəhər halqasına son dəfə baxış keçirib.

  • 3-06-2021, 20:55