AZ   |   RU
Türkiyə müdafiə sənayesinin yeni uğuru - Amazon 4x4 çoxməqsədli zirehli avtomobili


Türkiyə müdafiə sənayesinin inkişaf etdirdiyi çoxməqsədli zirehli avtomobil olan Amazonun sınaqları başa çatıb. 

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş Beynəlxalq Müdafiə Sərgisində Türkiyənin yerli istehsalı olan Amazona xeyli maraq göstərilib.  

BMC müdafiə sənayesi şirkətinin istehsal etdiyi, təkmilləşdirilərək  daşıma qabiliyyəti və elektron proqram təminatı artırılan, alət paneli tam elektronlaşdırılan hərbi zirehli maşın Amazon, Türkiyədə və xaricdə üzərinə düşən vəzifələri uğurla yerinə yetirə bilər.

360 at gücündə mühərrik, avtomatik yanğınsöndürmə sistemi, mərkəzi təkər şişirmə və düz yol təkəri xüsusiyyətləri, arxa görüntü kamerası, qaralma və kamuflyaj işıqlandırma ilə ballistik, mina və əldəqayırma partlayıcı qurğulara qarşı müdafiəyə malik olan Amazonun uzaqdan idarə olunan silah sistemi mövcuddur.  Maksimum çəkisi 16 ton olan və yüksək manevr qabiliyyətinə malik avtomobil 7 nəfərlik personalla hətta yaşayış məntəqələrində də tapşırıqlar yerinə yetirə bilər.

Nəriman Sultanoğlu
Missiya.Az



  • 13-03-2023, 17:26