AZ   |   RU
NATO: Gürcüstan Parlamentində qəbul edilmiş qanun layihəsi geriyə addımdır

NATO Tbilisidə 1-ci oxunuşda qəbul edilmiş qanun layihəsindən narahatdır.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə köməkçisi Xavier Kolomina tvitter paylaşımında bildirib.

“NATO-ya üzv olmaq istəyən Gürcüstan üçün önəmli olan ölkədə media azadlığı və vətəndaş cəmiyyəti üçün düzgün çərçivəyə malik olmaqdır. Bu qanun layihəsi geriyə addımdır və Gürcüstanın Avro-Atlantik inteqrasiya məqsədini irəliyə aparmır”, - deyə paylaşımda qeyd edilib.


  • 8-03-2023, 23:11