Polşa Ukraynanı öz arsenalında olan “MiQ-29” qırıcıları ilə təchiz etməyə hazırdır.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Polşa Prezidenti Andjey Duda deyib.
“Biz Hərbi Hava Qüvvələrimizdə xidmətdə olan “MiQ-29” təyyarələrini verməyə hazırıq. Əminəm ki, Ukrayna onlardan istifadə edə biləcək. Çünki hazırda Ukraynada bunları idarə edə biləcək pilotlar var”, - Duda bildirib.
Duda əmindir ki, gələcəkdə Ukrayna “F-16”-ları da tədarük etməli olacaq. “İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə “F-16”-dan istifadə edəcək. Ona görə də pilot hazırlığı indi çox vacibdir", - o əlavə edib.