AZ   |   RU
İlham Əliyev: "Timor-Leste Prezidentinin Azərbaycana səfəri dostluq əlaqələrinin uğurlu davamını təmin edəcək"

"Tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır".

Missiya.Az
xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşündə söyləyib.

Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığını bildirən dövlətimizin başçısı deyib: “Bu toplantı olduqca uğurlu idi və üzv dövlətlər arasında həmrəyliyi bir daha nümayiş etdirdi. Azərbaycanın sədrliyinə və bizim üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və onların maraqlarının müdafiəsinə yönəlmiş təşəbbüslərimizə verilən dəstəyə görə də minnətdarlıq bildirmək istərdim”.

  • 7-03-2023, 19:40